Dünya

Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşı polisə müqavimət göstərib

Almaniyada yaşayan 27 Ermənistan vətəndaşı “Readmisiya sazişi”nə əsasən ölkələrinə deportasiya ediliblər.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Almaniyanın müxtəlif əyalətlərindən Köln-Bonn hava limanına gətirilən Ermənistan vətəndaşları çarter reysi ilə ölkələrinə deportasiya ediliblər.
Deportasiya prosesi zamanı David Babayan adlı Ermənistan vətəndaşı polisə müqavimət göstərib, deportasiya prosesindən yayınmağa cəhd edib. Hava limanı mühafizəçilərinin müdaxiləsi ilə D.Babayanın ailəsi təyyarəyə mindirilib.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən bildirilib ki, bu ilin avqust ayında 342 Ermənistan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün federal idarəyə müraciət edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button