Dünya

Almaniyada yüksək səslə azan oxunmasına icazə verilib

Almaniyada müsəlmanların yaşadığı Kölndə müəyyən qaydalar çərçivəsində azan oxunmasına icazə verilib.
“Report” xəbər verir ki, bununla bağlı şəhər meri Henrietta Reker açıqlama verib.
Vicdan azadlığına işarə edən Reker bildirib ki, müsəlmanlar şəhərin ayrılmaz bir hissəsidir:
“Şəhərimizdə kilsə zənglərinin yanında azanı eşitmək Kölndə müxtəlifliyə dəyər verildiyini göstərir”.
Kölndə oxunacaq cümə namazı ilə bağlı bəzi qaydalar da müəyyən edilib. Belə ki, azanın müddəti 10 dəqiqəni keçməməli, səsi çox yüksək olmamalıdır.
Qeyd edək ki, Avropada Fransadan sonra ən çox müsəlman Almaniyada yaşayır. Ölkə müsəlmanlarının 76,4 faizi türk mənşəlidir. Bundan başqa, ölkədə İran, Bosniya və Albaniyadan köçən çoxsaylı müsəlman icmaları mövcuddur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button