Dünya

Almaniyada Ukraynaya dəstək nümayişləri keçirilib

Almaniyanın böyük şəhərlərində Ukraynaya dəstək nümayişləri keçirilib.

APA-nın DPA agentliyinə istinadla xəbərinə görə, Berlində keçirilmiş nümayişdə 40 minədək adam iştirak edib. Onlar “Müharibəyə son”, “Müharibəni dayandırın” şüarları səsləndiriblər.

Frankfurtda keçirilən aksiyada iştirak edənlərin sayı 11 000 nəfərdən çox olub. Analoji nümayişlər Ştutqart, Leypsiq və Hamburqda da keçirilib.

40-dan çox QHT və assosiasiyanın təşkil etdiyi nümayişlərdə ölkə üzrə 125 mindən çox adam iştirak edib. Aksiyalarda heç bir ciddi qanun pozuntusu və polislə qarşıdurma qeydə alınmayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button