İqtisadiyyat

Almaniyada ötən ay istehsalçı qiymətlərinin artım tempi 46 illik maksimuma çatıb

Bu ilin sentyabr ayında Almaniyada istehsalçı qiymətləri keçən ilin eyni ayı ilə müqayisədə 14,2% artıb. Bu, 1974-cü ilin oktyabrından bəri ən yüksək artım tempidir.
“APA-Economics”in məlumatına görə, bu barədə Almaniya Federal Statistika İdarəsinin (“Destatis”) açıqlamasında deyilir.
İstehsalçı qiymətlərinin artım tempi avqust ayında 12% təşkil edib. Halbuki mütəxəssislər sentyabrda orta hesabla 12,7% artım gözləyirdi.
Artımın əsas səbəbi enerji daşıyıcıları olub. Belə ki, təbii qazın qiymətlərində ciddi artım fonunda sentyabr ayında enerji daşıyıcılarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% artıb.
Sentyabrda Almaniyada aralıq mallarının qiymətləri 17,4%, istehlak məhsullarının qiymətləri 3,2%, əsas malların qiymətləri 2,8%, adi istehlak mallarının qiymətləri isə 2,2% artıb.
Hesabat ayında istehsalçı qiymətlərinin aylıq ifadədə artımı 2,3% (avqust ayında 1,5% olub) təşkil edib, halbuki ekspertlər 1%-lik artım gözləyirdi.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button