İqtisadiyyat

Almaniyada inflyasiya 1993-cü ildən bəri ilk dəfə 4%-i keçib

Almaniyada sentyabr ayında inflyasiya səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% təşkil edib.
Bu barədə “APA-Economics” Almaniyanın Federal Statistika İdarəsinə istinadən xəbər verir.
DPA agentliyinin müəyyən etdiyi kimi, bu, son 28 ilin ən yüksək göstəricisidir. Sonuncu dəfə inflyasiya 4% həddini 1993-cü ilin dekabr ayında keçib.
“2021-ci ilin iyul ayından etibarən müşahidə edilən yüksək inflyasiya dərəcələrinin 2020-ci ildə qiymət enişinin əsas təsiri də daxil olmaqla bir sıra səbəbi var. Xüsusilə, ƏDV dərəcələrinin müvəqqəti azalması və neft məhsullarının ucuzlaşması tempi artırıb”, – statistika idarəsindən bildirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button