Dünya

Almaniyada ilk 3D yaşayış evi istifadəyə verilib

Bu gün Almaniyada 3D printeri vasitəsilə tikilmiş ilk yaşayış evi Şimali Reyn Vestfaliya əyalətinin Bekum şəhərində rəsmi şəkildə istifadəyə verilib.
“Report” DPA-ya istinadən xəbər verir ki, əyalət tikinti nazirliyinin məlumatına görə, 160 kvadratmetrə yaxın sahəyə malik ikimərtəbəli fərdi ev araları xüsusi materialla doldurulmuş çoxqatlı bloklardan inşa olunub. 3D texnologiyasının tətbiqilə inşa işləri xeyli sadələşib və tikinti müddəti az olub.
Evin təhvil verilməsi mərasimi zamanı əyalət nəqliyyat naziri İna Şarenbax 200 min avroya yaxın vəsaitə başa gəlmiş bu pilot layihənin gələcəkdə geniş tətbiq olunması üçün hər cür imkanların olduğunu bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button