Dünya

Almaniya Prezidentinin Ukraynaya səfəri başlayıb  |

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ukraynaya səfəri başlayıb.
“Report” UNN-ə isitnadən xəbər verir ki, məlumatı Almaniyanın Kiyevdəki səfirliyi yayıb.
O, Hitler Almaniyasının 1941-ci ildə Ukraynada törətdiyi Babi Yar faciəsinin 80-ci ildönümünə həsr olunan tədbirdə iştirak edəcək.
Bundan başqa, Frank-Valter Ştaynmayerin Ukrayna Prezidenti Volodimir Zelenski və İsrail Prezidenti İshak Hersokla görüşü planlaşdırılıb.
Almaniya Prezidentini səfərdə xanımı Elka Büdenbender də müşayiət edir.
Xatırladaq ki, 1941-ci ilin payızında Hitler Almaniyası Babi Yarda kütləvi qırğın törədib. Orada qətlə yetirilənlərin dəqiq sayı məlum deyil və bununla bağlı müxtəlif rəqəmlər açıqlanıb. Ukraynalı araşdırmaçılara görə, Babi Yarda 150-200 min nəfər qətlə yetirilib.
Qeyd edək ki, Babi Yar Ukraynanın paytaxtı Kiyevin şimal-qərbində Lukyanovka və Sıres rayonları arasında yerləşir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button