Almaniya millisinin rəmzi komandası açıqlanıb

Futbol üzrə Almaniya millisinin tarixinin rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dördqat dünya çempionlarının üç simvolik “11-liy”ini müəyyənləşdirib.
Zəngin tarixə malik komandanın A, B və C yığmaları bəlli olub. Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts B komandasının müdafiə xəttində göstərilib.
Onunla yanaşı, Oliver Kan, Yurgen Klinsmann, Mattias Zammer ikinci, Manuel Noyer, Filipp Lam, Mixael Ballak, Miroslav Kloze isə üçüncü heyətə düşə bilib.
A yığması (4-3-3)Qapçı: Zepp Mayer;Müdafiəçilər: Frans Bekkenbauer, Pol Breytner, Manfred Kalts, Andreas Breme;Yarımmüdafiəçilər: Lotar Matteus, Günter Netzer, Volfqanq Overat;Hücumçular: Frits Uolter, Gerd Müller, Karl-Hayins RummeniggeB yığması (4-4-2)Qapıçı: Oliver Kan;Müdafiəçilər: Mattias Zammer, Yurgen Kohler, Berti Foqts, Karl-Hayns Şnellinger;Yarımmüdafiəçilər: Tomas Hesler, Rayner Bonhof, Bernd Şuster, Pyerr Littbarski;Hücumçular: Uve Zeeler, Yurgen Klinsmann
C yığması (4-4-2)Qapıçı: Manuel Noyer;Müdafiəçilər: Uli Stielike, Karl-Hayns Forster, Filipp Lam, Hans-Peter Briegel;Yarımmüdafiəçilər: Ştefan Effenberq, Bastian Şvaynştayger, Andreas Möller, Mixael Ballak;Hücumçular: Rudi Völler, Miroslav Kloze