İdman
Almaniya klubu türk məşqçi ilə yolları ayırdı

Almaniyanın “Herta” klubu baş məşqçisi Tayfun Korkutu istefaya göndərib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi türkiyəli mütəxəssislə yanaşı köməkçisi İliye Araçiçlə də müqaviləni ləğv edib.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü “Hannover”, “Kayzerslauten”, “Bayer”(Leverkuzen), “Ştutqart”ı çalışdırdıqdan sonra 2021-ci ildə “Herta”ya baş məşqçi təyin edilmişdi. Berlin klubu hazırda 23 xalla 18 komanda arasında 17-ci pillədədir.