Dünya
Alman nazir: “Omikron ştamına qarşı vaksin payızda hazır olacaq”

Avropada Omikron ştamına qarşı vaksin payızda hazır olacaq.
APA-nın xəbərinə görə, bunu Almaniyanın səhiyyə naziri Karl Loterbax Brüsseldə səhiyyə nazirlərinin iclasında bildirib.
Qeyd edək ki, fevral ayında “Biontech” və “Modena” şirkətləri may ayında yeni vaksinin sınaqlarına başlayacağını bildirmişdi. İndi isə hər 2 şirkət sınağa yayda başlayacağını iddia edir.