Cəmiyyət

Allahşükür Paşazadə müsəlman və xristian dövlətlərinə təşəkkür edib

“30 illik həsrətdən sonra Azərbaycan torpaqları öz sahiblərinə qaytarıldı”.
“Report” xəbər verir ki, bunu Təzəpir məscidində keçirilən Anım Günü tədbirlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, Azərbaycanla qardaş Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi tarixdə qalaca və əsil qardaşlıq örnəyidir.
“Bizim Vətən müharibəmiz, qələbəmiz qlobal əhəmiyyətli, dünya siyasətinin gedişatına təsir edən, yeni düzən yaradan bir zəfərdir — haqqın, ədalətin şər üzərində qələbəsidir. Bu, İslam ümməti adına böyük qələbədir. Qardaş Türkiyə dövlətinin siyasi-mənəvi dəstəyi, dost yardımı, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladıqları Şuşa Bəyannaməsi tarixdə qalacaq əsl qardaşlıq örnəyidir. Fürsətdən istifadə edərək, Vətən mücadiləmizdə bizə dəstək verən, haqqımızı müdafiə edən istər müsəlman, istər xristian dövlətlərinə, dost, qardaş ölkələrə bir daha minnətdarlığımızı ifadə etmək istərdim”, – o vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button