Cəmiyyət

Alimlər “omikron” ştamının qeyri-adi simptomlarını aşkarlayıblar

Britaniyalı tədqiqatçılar “omikron” ştamının bugünədək rast gəlinməyən qeyri-adi simptomlarını aşkarlayıblar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, alimlər bu variantı əvvəlkilərdən fərqləndirən xüsusiyyətləri nümayiş etdiriblər.

Londondan olan COVID-19 xəstələrinin hesabatlarına görə, “omikron”un ən çox görülən simptomları burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısıdır.

“Local Express” mətbu orqanının jurnalistləri az rast gəlinən qeyri-adi infeksiya əlaməti kimi yuxusuzluq və iştahsızlığı göstəriblər.

Tədqiqatçıların fikrincə, Milad bayramına qədər Britaniyada “omikron” ştamı üstünlük təşkil edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button