Cəmiyyət

Ali məktəblərə sənəd qəbulunun müddəti uzadılıb

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ərizə qəbulunun vaxtı sabah saat 11:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzinin saytı xəbər verir ki, saat 16:50-yə olan məlumata əsasən, 94 323 nəfər ərizəsini təsdiq edib.

Onlardan 86333-ü Azərbaycan, 7990-ı isə rus bölməsi üzrə təhsil alanlardır. I ixtisas qrupu üzrə 31604 (Azərbaycan bölməsi 28959, rus bölməsi 2645), II ixtisas qrupu üzrə 19700 (Azərbaycan bölməsi 17941, rus bölməsi 1759), III ixtisas qrupu üzrə 20914 (Azərbaycan bölməsi 18912, rus bölməsi 2002), IV ixtisas qrupu üzrə 5153 (Azərbaycan bölməsi 4431, rus bölməsi 722), V ixtisas qrupu üzrə 68410 (Azərbaycan bölməsi 63362, rus bölməsi 5048), kolleclərə 72703 (Azərbaycan bölməsi 68722, rus bölməsi 3981) nəfər sənəd verib.

“Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında (1-ci cəhd) iştirak edəcək abituriyentlərin sayı 7404, 2021-ci ildə “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında “məqbul” qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 583 nəfərdir.

Eyni zamanda 2021-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyentlərin sayı 344 nəfərdir.

Qeyd edək ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatmalı idi. Sənəd qəbuluna martın 4-dən başlanılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button