Dünya

Aleksandr Lukaşenko: “Qərb Belarusda təxribat törətməyi planlaşdırır”

“Qərb Belarusda hakimiyyət dəyişikliyi məqsədilə ölkəmizin daxili işlərinə qarışmağa davam edir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə mətbuatına müsahibəsində deyib.
“Bilirsiniz ki, uğursuz çevriliş cəhdi düşmənin planlarını dəyişmədi. Qərb ölkəmizin daxili işlərinə qarışmağa davam edir. Bizim üçün ən təhlükəli hal müstəqilliyin itirilməsidir”, – o vurğulayıb.
Dövlət başçısı bildirib ki, Qərb Belarusun müdafiə və iqtisadi obyektlərində təxribatlar törədilməsini planlaşdırır.
Onun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin iş səmərəliliyinin artırılmasına və kəşfiyyat potensialının artırılmasına ehtiyac var.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button