İqtisadiyyat

Aleksandr Lukaşenko neft tədarükünə görə Azərbaycana minnətdarlığını bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko qərb dövlətlərinin müqavimətinə baxmayaraq respublikaya neft tədarükünə görə, Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
“APA-Economics”in “BelTA”-a istinadən verdiyi məlumata görə, bu barədə A. Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Latif Qəndilovla görüşərkən bildirib.
O əmin etdi ki, Azərbaycan Belarusun dəstəyinə güvənə bilər: “Bu yaxınlarda Azərbaycana səfərim zamanı əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq”.
Qeyd olunur ki,  2020-ci ildə Azərbaycan iri Rusiya şirkətləri tərəfindən xammal tədarükünün müvəqqəti dayandırılmasından sonra Belarus üçün əsas alternativ neft tədarükçülərindən biri olub. Bu dövrdə Azərbaycan Belarusa təxminən 1 mln. ton neft tədarük edib, neftin tədarükü bu il də davam etdirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button