Dünya

Albaniyada 400-ə yaxın insan zəhərlənib

Albaniya istintaq orqanları Tirana yaxınlığında yerləşən kiçik Kruja şəhərinin 400-ə yaxın sakininin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Albanian Daily News”un onlayn versiyası məlumat yayıb.
Məlumata görə, zəhərlənən şəhər sakinlərinin hamısı ölkədəki xəstəxanalara göndərilib, belə ki, onların vəziyyəti onları yalnız qısamüddətli müalicə ilə məhdudlaşdırmağa imkan verməyib.
Hazırda içməli su nümunələrinin müayinəsi aparılır. Yerli polis insanların zəhərlənməsinə çirkab suların içməli maye olan çənlərə daxil olması ilə bağlı ola biləcəyini ehtimal edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button