Dünya

Akar: “Ukraynada ən qısa zamanda atəşkəs təmin edilməlidir”

Biz Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyimizi açıq şəkildə ifadə etməyə davam edirik.

APA-nınn Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, İtaliya və Böyük Britaniyalı həmkarları ilə İstanbulda keçirdiyu üçtərəfli görüşün nəticələrinə dair mətbuat konftansı zamanı deyib.

O qeyd edib ki, Türkiyə vəziyyəti yaxından izləyir.

“Ukraynada baş verən son hadisələr fonunda daha çox insan tələfatının və humanitar vəziyyətin pisləşməsinin qarşısının alınması üçün ən qısa zamanda atəşkəsə ehtiyac olduğunu da ortaya qoydu. Bölgədə sülh və təhlükəsizliyin tezliklə bərqərar olması və buna uyğun olaraq sabitliyin təmin edilməsi üçün də atəşkəs vacibdir”,- deyə o bildirib.

Akarın sözlərinə görə, atəşkəsin təmin edulməsi önümüzdəki dövrlərdə diplomatiyanın yolunu açılacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button