İqtisadiyyat

AİB neftin qiyməti üzrə proqnozunu yüksəldib

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozuna əsasən, bu il “Brent” markalı neftin bir barelinin orta qiyməti 69 ABŞ dolları, gələn il isə 67 dollar təşkil edəcək. Bankın aprel proqnozunda bu göstəricilər 64 dollar və 61 dollara bərabər idi.
“APA-Economics”in məlumatına görə, bu barədə AİB-in “Asian Development Outlook 2021 Update” adlı hesabatında deyilir.
Bank qeyd edir ki, qlobal iqtisadi dirçəliş üçün müsbət perspektivlər neft qiymətlərini bu və gələn il dəstəkləməyə davam edəcək və qiymət 2022-ci ilin sonunadək 60 dolların üzərində qalacaq.
“Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci il üçün avqustda verdiyi qlobal gündəlik neft istehlakı üzrə proqnozunu 5,3 mln. barelə, 2022-ci il üçün isə 3,2 mln. barelə qədər yüksəldib. “OPEC+”ın neft hasilatının artırılması qərarı və ABŞ-ın neft hasilatındakı davamlı artım neftə olan tələbatı təmin edəcək. Bu səbəbdən, qlobal neft hasilatı artdıqca, neftin qiymətinə azaldıcı təzyiqlər ortaya çıxacaq və ehtiyatların daha yavaş bir templə əriməsinə səbəb olacaq. Bu, qlobal neft tələbatının artımının proqnozlaşdırılan yavaşlaması və yeni COVID-19 ştammlarını idarə etmək üçün vaksinlərin effektivliyi ilə bağlı fonla birlikdə neft qiymətlərində artan təzyiqi məhdudlaşdıracaq”, – hesabatda bildirilir.
AİB qeyd edir ki, müsbət dinamikaya baxmayaraq, neft bazarı volatil olaraq qalır və vaksinasiyanın uğurundan və miqyasından asılıdır. Bundan əlavə, səyahət məhdudiyyətləri, COVID-19-un yeni ştammları neftin qiymət proqnozları üçün əsas təhdidlərdəndir.
Hazırda ICE London qitələrarası birjasında “Brent” nefti 75 dollar civarında ticarət olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button