Dünya

“Aİ Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir” – Jozep Borrel

“Avropa İttifaqı Ukraynanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstəkləyir, rəsmi Kiyevlə siyasi və iqtisadi əlaqələri gücləndirəcək”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikir Avropa İttifaqı Parlamentinin sədri Jozep Borrel təmsil etdiyi birlik adından yaydığı açıqlamada öz əksini tapıb.

“Avropa İttifaqı Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini və buna sadiqliyini bir daha təsdiqləyir”, – deyə məlumatda qeyd edilib.

Sənəddə vurğulanıb ki, Aİ Ukrayna ilə siyasi və iqtisadi əlaqələrin güclənməsinə dair öhdəliklərinə sadiqdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button