Dünya

Aİ ölkələri Ukraynaya görə təcili iclas keçirəcək

Aİ liderlərinin Parisdəki Versal sarayında keçiriləcək zirvə görüşündə 27 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

APA-nın “Le Parisien” saytına istinadla xəbərinə görə, görüşün əsas müzakirə mövzuları Avropanın enerji müstəqilliyi strategiyası və müdafiə məsələləri olacaq. Ukraynadakı vəziyyət xüsusi müzakirə mövzusu olacaq.

Zirvə görüşünün keçiriləcəyi ərazidə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Şəhərin bu hissəsində 2 gün ərzində ictimai nəqliyyat işləməyəcək. Asayişi 2 min nəfərədək polis qoruyacaq. Tədbiri işıqlandırmaq üçün 700-dən çox jurnalist akkreditasiya olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button