İqtisadiyyat

Aİ ölkələri qazın qiymətlərini müzakirə edəcək

Brüsseldə 21-22 oktyabr tarixlərində keçiriləcək Avropa İttifaqı (Aİ) sammitinin iştirakçıları qazın qiymətlərini müzakirə edəcəklər.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Şurasının Prezidenti Çarl Mişel bildirib.
Onun sözlərinə görə, sammit zamanı İspaniya və Fransanın Aİ-nin enerji bazarında islahatlarla bağlı təklifləri müzakirə ediləcək.
Xatırladaq ki, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 700 dolları ötüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button