Mədəniyyət

Aİ-nin Azərbaycandakı nümayəndə heyəti “Avropa körpüləri” adlı sərgi təşkil edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti “FantazEU” festivalı çərçivəsində “Avropa körpüləri” adlı sərgi keçirib.

Sərginin açılışında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, həmçinin Aİ ölkələrinin səfirləri iştirak ediblər.

“Bu festival Avropa İttifaqı və Azərbaycan arasında mövcud möhkəm mədəni əlaqələri, həmçinin Aİ ölkələrinin mədəni müxtəlifliyini göstərmək məqsədilə keçirilir. İnanırıq ki, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirməklə, insanlar arasında əlaqələri möhkəmləndirmək olar. Körpülər insanları ayırmağa deyil, birləşdirməyə xidmət edir. Sərgi həmçinin dünyada pandemiya ilə bağlı vəziyyət sabitləşdikdən, turizm üçün imkanlar açıldıqdan sonra səfər edilə biləcək yerləri seçməkdə kömək edə bilər”, – P.Mixalko açılış mərasimində bildirib.

Sərgidə Avropa ölkələrində yerləşən körpülərin, həmçinin Azərbaycanın mədəni irsini simvolizə edən Xudafərin körpüsünün fotosu nümayiş olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button