İqtisadiyyat

Aİ-nin 10 ölkəsi qazın qiyməti fonunda nüvə enerjisinin inkişafını dəstəkləyib

Avropa İttifaqının (Aİ) 10 ölkəsinin hökumət nümayəndələri nüvə enerjisinin inkişafının vacibliyi ilə bağlı məqalə yazıblar. Onlar bunu qaz qiymətlərinin dəyişkənliyi və iqlim dəyişikliyi ilə mübarizə ilə əlaqələndiriblər.
“APA-Economics”in “Kommersant”a istinadən verdiyi məlumata görə, məqalə Fransanın məşhur “Le Figaro” qəzetində dərc olunub. Məqalənin müəllifləri qismidə Fransanın iqtisadiyyat, maliyyə və yenidənqurma naziri Brüno Le Mer, həmçinin Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Xorvatiya və Çexiyanın Baş nazirləri, iqtisadiyyat və energetika nazirləri çıxış ediblər.
“Enerji qiymətlərinin artması xarici ölkələrdən enerji asılılığımızı mümkün qədər tez azaltmağın nə dərəcədə vacib olduğunu göstərir. Enerji təchizatı ilə bağlı gərginliklər gələcəkdə daha da artacaq”, – məqalədə deyilir. Müəlliflər hesab edir ki, Aİ təchizat mənbələrini şaxələndirməlidir.
Aİ-nin 10 ölkəsinin hökumət rəsmiləri hesab edirlər ki, nüvə energetikası enerjinin qiymət dəyişkənliyindən qoruya bilər. Buna misal olaraq qazın qiymətləri ilə bağlı vəziyyəti göstərmək olar. Bundan əlavə, müəlliflər hesab edirlər ki, nüvə energetikası iqlimin qorunmasında mühüm rol oynayır.
Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti tarixi rekorda çatmışdı – qazın 1 000 kubmetri 1 900 ABŞ dollarından yuxarı ticarət olunurdu.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button