İqtisadiyyat

Aİ-də III rübdə satılan hər beş avtomobildən biri elektromobil olub

Bu ilin III rübündə Avropa İttifaqında (Aİ) satılan təxminən hər beş avtomobildən biri elektrikləşdirilmiş model olub, ənənəvi yanacaqla işləyən avtomobillərin satışı isə kəskin azalıb.
“APA-Economics”in məlumatına görə, bu barədə “Reuters” Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına (ACEA) istinadən yazır.
Qeyd olunub ki, Aİ-də akkumulyatorlu elektromobillərin və hibrid avtomobillərin satışı ümumi satışların 19%-dən az bir hissəsini təşkil edib.
Xüsusilə, akkumulyatorlu elektromobillərin satışı demək olar ki, 57% artaraq 212 mindən çox, hibrid modellərin satışı isə təxminən 43% artaraq 197 mindən çox olub.
On il əvvəl Aİ-də dizel avtomobilləri satışların 50%-dən çoxunu təşkil edirdi, lakin son rübdə onların payı 18%-dən aşağı düşüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button