İqtisadiyyat

Aİ-də avtomobil satışları bu il 7,9% artacaq

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) proqnozuna görə, 2022-ci ildə Avropa İttifaqında (Aİ) avtomobil satışları 7,9% artaraq 10,5 mln. avtomobilə çatacaq.

Ötən il Aİ-də avtomobil satışları avtomobil istehsalını məhdudlaşdıran yarımkeçirici komponentlərin çatışmazlığı səbəbindən hətta 2020-ci ildə rekord səviyyədən aşağı düşüb, lakin ACEA bu ​​il çip tədarükü sabitləşəcəyini gözləyir.

Təşkilat Aİ ölkələrini gələcəkdə strateji sənayelərə ciddi ziyan vurmamaq üçün xarici komponent təchizatçılarından asılılığı azaltmağa çağırır.

2021-ci ildə Aİ-də avtomobil satışları 2020-ci ildəki 9,94 mln. avtomobillə müqayisədə 9,7 mln. avtomobillə rekord aşağı səviyyədə olub.

ACEA-nın proqnozu özünü doğrultsa, bu il regionda avtomobillərin satışı 2019-cu il böhrandan əvvəlki səviyyədən təxminən 20% aşağı olacaq.

ACEA-nın məlumatına görə, elektriklə işləyən avtomobillərin Avropa bazarında payı artır, hazırda Aİ-də satılan hər beş avtomobildən biri elektriklə işləyir. Bununla yanaşı, təşkilatın məlumatına görə, regionda enerji doldurma infrastrukturunun inkişaf tempi istehlak tələbinin artımından geri qalır.

Təşkilatın hesablamalarına görə, son 5 ildə elektromobillərin satışı şarj stansiyalarının sayından 4 dəfə çox artıb.

“2017-2021-ci illər arasında elektromobillərin satışı 10 dəfədən çox artıb, mövcud enerji doldurma stansiyalarının şəbəkəsi isə bu müddət ərzində 2,5 dəfəyədək artıb”, – ACEA qeyd edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button