İqtisadiyyat

Aİ Azərbaycanla enerji daşıyıcıları tədarükünün şaxələndirilməsini müzakirə edir

Avropa İttifaq (Aİ) müxtəlif tərəfdaşlarla enerji daşıyıcıları tədarükünün şaxələndirilməsini müzakirə edir.

Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

“Ümumilikdə, biz uzun müddətdir etibarlı tərəfdaşlıq etdiyimiz Norveçdən tutmuş hamı ilə müzakirələr aparırıq. Bundan başqa, Qətər, Azərbaycan və Misirlə də müzakirələr aparılır. Təbii ki, ABŞ da mühüm rol oynayır. Fevralın 7-də ABŞ-da Enerji sammiti keçirəcəyik”, – siyasətçi xanım deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden ilə strateji enerji tərəfdaşlığına təşəbbüs göstərilib. Söhbət ilk növbədə sıxılmış təbii qazdan gedir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button