Siyasət
“Aİ Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləməyə sadiqdir” – Şarl Mişel

“Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləməyə sadiqdir”.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviter hesabında bildirib.
Şarl Mişel paylaşımında Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışdığını qeyd edib:
“Baş nazir Nikol Paşinyanla Cənubi Qafqazın sabit, dinc və firavan gələcəyinə doğru irəliləmək üçün gələcək işlərin perspektivlərini müzakirə etdim“.