Cəmiyyət

Ağstafada yük qatarının vurub öldürdüyü şəxsin kimliyi məlum olub

Ağstafada qatar vuran şəxsin kimliyi məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, ölən şəxs Poylu qəsəbə sakini, 1957-ci il təvəllüdlü Camal Süleyman oğlu Məmişovdur.
O, evinə gedən zaman ehtiyatsızlıqdan yük qatarı onu vuraraq kənara atıb. Yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
20:01
Ağstafada yerli sakini qatar vurub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Poylu ərazisində qeydə alınıb.
Belə ki, qatarın vurduğu kişi zərbənin gücündən yol kənarındakı dərəyə düşüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatları hələ ki məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button