Cəmiyyət

Ağstafada bir nəfər bıçaqlanaraq qətlə yetirilib, daha bir nəfər xəsarət alıb – YENİLƏNİB

Ağstafa rayonunda bir nəfər mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib, daha bir nəfər isə ağır xəsarət alıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köçəsgər kəndində baş verib.
Belə ki, bıçaq xəsarətləri alan iki nəfərdən biri hadisə yerində ölüb. Daha bir nəfər – 1971-ci il təvəllüdlü Müşfiq Əmirxan oğlu Zeynalov bir neçə bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
02:36
Ağstafa rayonunda qətl hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb. Belə ki, bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button