Cəmiyyət

Ağdamda Xocalı soyqırımının ildönümü ilə bağlı yürüş keçirilib

Ağdamda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar yürüş keçirilib.

Trend-in yerli bürosunun məlumatına görə, yürüşdə polislər, hərbçilər, Xocalı sakinləri iştirak ediblər.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63-ü uşaq, 106-sı qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button