Cəmiyyət

Ağdamda Resurs Mərkəzi açılıb |

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) dəstəyi ilə həyata keçirilən “Ağdam rayonunda məcburi köçkün icması üçün Resurs Mərkəzinin yaradılması” layihəsi çərçivəsində Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində Resurs Mərkəzinin açılışı olub.
“Report” xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido d’Ambrosio, Ağdam Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin, müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Layihənin əsas məqsədi məcburi köçkün icmasının işğaldan azad olunmuş torpaqlara qayıdışına hazırlıq çərçivəsində dəstək göstərməkdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button