Afrika Millətlər Kubokunda stadion problemi yaranıb

Kamerunda keçirilən Afrika Millətlər Kubokunda 1/4 final və yarımfinal oyunlarının stadionları dəyişdirilib.
Afrika Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Dualadakı “Yapoma” stadionunda meydanın pis vəziyyətdə olmasıdır.
Kamerun seçməsi Qambiya ilə 1/4 final görüşünü bu arenada gercəkləşəcək. Lakin daha sonra burada heç bir qarşılaşma oynanılmayacaq. Bu stadionda təşkili planlaşdırılan 1/4 finalın daha iki, yarımfinalın isə bir matçı Yaundedəki “Ahmadu Ahico”da olacaq.
Dəyişiklik 1/4 final mərhələsinin Misir – Mərakeş və Seneqal – Ekvatorial Qvineya oyunlarına təsir edəcək.
Kamerun və Komor adaları komandaları arasında 1/8 final oyununda 7 nəfər öldüyü üçün yarımfinal görüşü “Olembe” stadionundan alına bilər. Təşkilatçılar arenada təhlükəsizlik tədbirlərindən narazıdır.