İdman

Afrika Millətlər Kuboku: Turnirin daha bir finalçısı məlum olub

Misirin milli futbol komandası Afrika Millətlər Kubokunun yarımfinalında Kamerun yığmasını penaltilər seriyasında məğlub edib.

Qarşılaşma Kamerunun paytaxtı Yaunde şəhərində keçirilib.

Matçın əsas vaxtı və 15 dəqiqəlik əlavə iki hissə 0:0 hesabı ilə başa çatıb. 90-cı dəqiqədə görüşün baş hakimi Misir millisinin baş məşqçisi Karluş Keyroşa qırmızı vərəqə göstərib. O, final matçını buraxacaq.

Misir yığması fevralın 6-da Afrika Millətlər Kubokunun finalında bir gün əvvəl Burkina Faso təmsilçilərini məğlub edən (3:1) Seneqal komandası ilə qarşılaşacaq. Fevralın 5-də üçüncü yer uğrunda görüşdə Kamerun və Burkina-Faso milliləri çıxış edəcək.

Misir millisi Afrika Millətlər Kubokunun yeddiqat qalibidir. Yığma sonuncu dəfə 2010-cu ildə turnirin qalibi olub.

Afrika Millətlər Kuboku qitədə milli komandalar arasında keçirilən ən böyük beynəlxalq turnirdir. Yarış keçən il koronavirusa görə təxirə salınıb. Turnir bu il Kamerunda keçirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button