İdman

AFFA və Qarabağ Dirçəliş Fondu arasında Memorandum imzalanıb

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qarabağ Dirçəliş Fondu (QDF) arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.Apasport.az saytının məlumatına görə, Memorandumu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.Anlaşma Memorandumuna əsasən, AFFA 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 (on) faizini QDF-ə ianə edəcək. Bundan başqa, AFFA tərəfindən Azərbaycan milli komandasının oyunları zamanı ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliğinə geniş yer veriləcək. Memorandumun şərtlərinə uyğun olaraq, AFFA-nın dəstəyi ilə keçirilən digər peşəkar və həvəskar futbol turnirləri çərçivəsində də QDF-in təşəbbüsləri dəstəklənəcək. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində keçirəcəyi tədbirlər zamanı AFFA-nı tərəfdaş kimi qeyd edəcək.AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Memorandumun imzalanmasının Azərbaycan Futbol Federasiyaları Assosiasiyası üçün çox vacib və bir o qədər də qürurverici bir hadisə olduğunu ifadə edib və bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına əminliyini ifadə edib. O, hamılıqla işğaldan azad edilən ərazilərin bərpa və quruculuğu istiqamətində görülən işlərə dəstək olmağın əhəmiyyətini vurğulayıb.Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bu təşəbbüsü yüksək qiymətləndirdiyini deyərək, bu mühüm missiyanın iştirakçısına çevrildiyinə görə AFFA-ya minnətdarlığını bildirib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button