İdman

AFFA “Qarabağ”ın oyununa görə UEFA-ya müraciət etdi

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə Fransada keçirəcəyi matç barədə danışıb. 

Qol.az xəbər verir ki, o, bu gün İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında mümkün erməni təxribatının qarşısının alınması üçün “Qarabağ”dan AFFA-ya hansısa müraciət olub-olmaması ilə bağlı suala cavab verib.

E.Məmmədov məsələ ilə əlaqədar UEFA-ya müracitə etdiklərini bildirib: “İstər milli, istərsə də klub şəkildə beynəlxalq oyunların təşkilinə dəstək göstəririk. Marsel şəhəri fərqlidir. Bununla bağlı UEFA-ya birbaşa müraciət etmişik. Bu həftəsonu onlarla video-formatda iclasımız olacaq. Qurumun baş katibinə, vitse-prezidentinə məktub göndərmişik. Onunla gələn həftə müzakirə aparacağam. Bizim üçün “Qarabağ”ın rahat gedib futbol oynaması önəmlidir. Bizə qarşı hər zaman hansısa təxribat etməyə çalışırlar. Burada da çox güman ki, xüsusi təhlükəsizlik nümayəndəsi təyin olunacaq. Yəqin ki, UEFA-nın əlavə nümayəndəsi olacaq. Əlavə olaraq Fransa səfirinə də məktub göndərmişik, onlar da dövlət səviyyəsində məsələni gündəmə gətirəcək. Xaricdəki nümayəndələrimiz heç vaxt heç kimə qarşı təxribat etməyib. Digər tərəf də belə yanaşmalıdır. UEFA da bunun qarşısını almağa çalışır. “Qarabağ”ın son oyununda da bunun qarşısını aldılar”.

Qeyd edək ki, “Qarabağ” “Marsel” ilə ilk görüşünü fevralın 17-də Fransada keçirəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button