İdman

AFFA İntizam Komitəsindən yeni qərarlar

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Neftçi” – “Zirə” oyunu gec başladığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur.

Qol.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bugünkü qərarında bildirilir.

Digər qərarlara əsasən, “Qarabağ”ın futbolçusu Patrik Andrade “Sabah”la Premyer Liqanın 25-ci tur matçında ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Həmin turun “Zirə” – “Qəbələ” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə edilib.

25-ci turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt”ın futbolçusu Camaləddin Xocaniyazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button