İdman

AEL – “Qarabağ” oyunu bərpa olunub

Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən AEL – “Qarabağ” oyunu bərpa olunub.
Apasport.az saytının məlumatına görə, 90+3-cü dəqiqədə “Qarabağ”ın cavab qolundan sonra dayandırılan görüş qaldığı yerdən davam etdirilib.
Kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən hakim tərəfindən dayandırılan matç bir neçə dəqiqə sonra davam edib. Hər iki komanda stadiona dönüb. Hazırda matçın son dəqiqələri keçirilir.
***
Saat 22:58
“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə səfər oyununda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, “AEK Arena”ya toplaşan azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlərə əl atıb.
Oyunboyu “Qarabağ”ın texniki zonasının arxasındakı tribunadan təxribatçı şüarlar səsləndirən fanatlar 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolundan sonra bunu daha da artırıblar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını bildirib.
Hakimin müdaxiləsinə baxmayaraq, kiprli azarkeşlər tərbiyəsiz davranışlarını davam etdiriblər. Nəticədə referi matçın dayandırılmasını qərara alıb.
 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button