İqtisadiyyat

ADIF-lə ABŞ-ın Xəzinədarlıq Departamenti arasında işgüzar görüş keçirilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ilə ABŞ-ın Xəzinədarlıq Departamenti arasında video-formatda işgüzar görüş həyata keçirilib.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin formalaşdırılması, həmçinin ABŞ Xəzinədarlıq Departamenti tərəfindən Fondun planlaşdırdığı yeni layihələrə müvafiq yardımların, o cümlədən texniki dəstəyin verilməsi məsələləri müzakirə olunub. Tərəflər Fond tərəfindən risk əsaslı sığorta modelinə keçid, sığorta itkilərinə qarşı ehtiyatlarının hesablanması metodologiyasının formalaşdırılması, mərkəzləşdirilmiş depozit reyestrinin yaradılması kimi fundamental məsələlərlə yanaşı, qurumun fəaliyyəti üçün hüquqi çərçivənin hazırlanması, həmçinin ləğvetmə istiqamətində aktivlərin idarə edilməsi üzrə dəstəyin verilməsi kimi mövzulara toxunublar.
Sonda hər iki tərəf qarşılıqlı əlaqələrin formalaşmasını yüksək qiymətləndirərək, bu cür görüşlərin daha sıx keçirilməsi qənaətinə gəliblər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button