Dünya

“Aclıq artmaqdadır” – BMT-nin Baş katibi

“Dünya Qida Günü, planetdəki hər bir insan üçün qidanın əhəmiyyətini xatırlatmaqla yanaşı, dünyada ərzaq təhlükəsizliyinə nail olmaq üçün hərəkətə çağırışdır”.

İstiqlal.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Ümumdünya Qida Günü ilə bağlı müraciətində deyib. Baş katib deyib ki, bu gün bəşəriyyətin təxminən 40 faizi – üç milyard insan sağlam qidalana bilmir. Aclıq artmaqdadır. Yetərsiz qidalanma və çəki artımı də eynilə çoxalıb. COVID-19-un iqtisadi təsirləri vəziyyəti daha da pisləşdirib. Pandemiyaya görə daha 140 milyon insan ehtiyac duyduğu qidanı əldə edə bilmir.

Eyni zamanda, qidanı istehsal, istehlak və israf etmə tərzimiz planetimizə ağır zərbə vurur. Bunun təbii sərvətlərimiz, iqlimimiz və təbii mühitimizə göstərdiyi tarixi təzyiq bizə hər il trilyonlarla dollara başa gəlir: “Bu ilin mövzusundan da aydın olduğu kimi, bunları dəyişmək öz əlimizdədir. Hərəkətlərimiz gələcəyimizdir”.

Ötən ay dünya BMT-nin Qida Sistemləri Zirvəsində bir araya gəldi. Ölkələr qida sistemlərini dəyişdirmək üçün cəsarətli öhdəliklər götürdülər: “Sağlam qidalanmanı daha əlverişli və əlçatan etmək üçün. Qida sistemlərini istehsal və emaldan marketinqə, daşınmaya və çatdırılmaya kimi hər addımda daha səmərəli, davamlı və dayanıqlı etmək üçün. Hamımız qidanı necə istehlak edəcəyimizi dəyişə və daha sağlam seçimlər edə bilərik – özümüz və planetimiz üçün. Qida sistemlərimiz üçün hələ də ümid var”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button