Dünya

Aclıq aksiyası keçirən Mixeil Saakaşvili tibbi yardımdan imtina edib

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili ölkə vətəndaşlarına müraciət edib.
“Report”un yerli bürosu xəbər verir ki, o, Gürcüstana xalqa azadlıq və demokratiyanı bərpa etməyə köməyə gəldiyini bildirib.
O, dəmir barmaqlıqlar arasında da azad insan olaraq qaldığını vurğulayıb: “Bildiyiniz kimi, aclıq elan etmişəm və istəyirəm biləsiniz ki, mən və mənə görə həbs olunan şəxslər azad olunmayana qədər heç bir halda aclığı dayandırmayacağam. Həyatı sevirəm, lakin bu aclıq ömrümün sonuna qədər davam edəcək”.
Sabiq dövlət başçısı istənilən tibbi yardım və müdaxilədən imtina etdiyini bildirib.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavi şəhərində 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button