Açıq HökumətManşetMəqalələr

Açıq Hökumət Tərəfdaşlığı nədir

Açıq Hökumət Tərəfdaşlığı (OGP) – şəffaflıq, vətəndaşların səlahiyyətlərinin artırılması, korrupsiya ilə mübarizə və idarəetməni gücləndirmək üçün yeni texnologiyalardan istifadə ilə bağlı hökumət öhdəliklərinin həyata keçirilməsinə yönəlmiş çoxtərəfli təşəbbüsdür. Çoxtərəfli əməkdaşlıq ruhunda AHT-yə hökumətlər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrindən ibarət Rəhbər Komitə nəzarət edir.

 

OGP-yə üzv olmaq üçün iştirakçı ölkələr yüksək səviyyəli Açıq Hökumət Bəyannaməsini qəbul etməli, ictimai məsləhətləşmələr yolu ilə hazırlanmış ölkə fəaliyyət planını təqdim etməli və onun gedişi haqqında müstəqil hesabat təqdim etməlidir.

 

Açıq Hökumət Tərəfdaşlığı 20 sentyabr 2011-ci ildə 8 təsisçi ölkənin (Braziliya, İndoneziya, Meksika, Norveç, Filippin, Cənubi Afrika, Böyük Britaniya və ABŞ) “Açıq Hökumət” Bəyannaməsini qəbul etməsi və ölkələrinin Fəaliyyət Planının elan etməsi ilə yaradılmışdır. 2011-ci ildən bəri OGP Tərəfdaşlığa qoşulmuş 70 əlavə hökumətin öhdəliklərini alqışlayıb.

Ümumilikdə 78 OGP üzv ölkəsi və 20 submilli hökumət öz hökumətlərini daha açıq və hesabatlı etməsi üçün 2500-dən çox öhdəlik götürüb.

OGP Local proqramı bütün dünyada yerli hökumətlər və vətəndaş cəmiyyəti tərəfdaşları tərəfindən nümayiş etdirilən innovasiya və əməkdaşlıqdan istifadə etmək məqsədi daşıyır. OGP yerli hökumətləri daha açıq, əhatəli və həssas etmək üçün yerli hökumətləri və vətəndaş cəmiyyətini bir araya gətirən bir platformadır.

Hökumətin yerli icra qurumları xalqa daha yaxındır və onların işi milli səviyyədə hökumətlərdən daha çox vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərir. Şəhər əhalisi artdıqca xidmətlərə tələbat və daha effektiv və səmərəli yerli idarəetmə orqanlarına ehtiyac da artır. Yerli icra qurumları çox vaxt milli hökumətlərdən daha çevikdirlər və xidmət etdikləri insanlara yaxındırlar. OGP Local-da iştirak etməklə onların təsiri daha əhəmiyyətli olur. Lakin bəzən onların kifayət qədər resursları olmur və buna görə də daha çox dəstəyə ehtiyac duyurlar.

Hökumətin bütün səviyyələrində Açıq Hökumət təşəbbüslərinin daha çox əhatə olunması OGP-yə təkcə yerli deyil, həm də milli səviyyədə hökumətlərə daha yaxşı xidmət göstərməyə kömək edir. Bir çox Açıq Hökumət innovasiyaları və islahatları yerli səviyyədə baş verir və OGP Yerli proqramı hökumətləri daha açıq, hesabatlı və vətəndaşlara qarşı daha həssas etmək üçün yerli hökumətlər və vətəndaş cəmiyyəti təşkilatları arasında tərəfdaşlıq qurmağa kömək edir.

İstiqlal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button