İqtisadiyyat

AÇG-dən indiyədək 4 mlrd. barel neft hasil edilib

Azəri-Çıraq-Günəşli (AÇG) neft yataqlar blokunda 18 sentyabr 2021-ci il tarixində yataqdan 4 milyardıncı barel neft hasil edilib.
BP-dən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə, hasil edilmiş 4 mlrd. barel neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.
“Bu vaxtadək BTC boru kəməri vasitəsilə təxminən 3,7 mlrd. barel neft nəql edilib ki, bu da əsasən 4 847 tankerə yüklənmiş AÇG neftindən ibarət olub”, – məlumatda qeyd olunur.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyib: “Bu nailiyyət AÇG-nin dünya səviyyəli yataq olduğunu bir daha nümayiş etdirir. Operator olaraq biz bu yatağın qarşıdan gələn onilliklər ərzində də davam edəcək möhtəşəm uğur hekayəsi ilə qürur duyuruq. AÇG yatağından hasilat 7 noyabr 1997-ci il tarixində Çıraq platformasından başlayıb. Həmin vaxtdan bəri Çıraq böyük bir tarix yazıb. İndi də 24 il sonra yeddi müasir və yüksək texnologiyalı platforma ilə birlikdə tarixi Çıraq AÇG-dən hasilatın təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etməsində böyük rol oynamaqdadır”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button