Dünya

ABŞ və Fransa dövlət başçılarının görüşünün vaxtı məlum olub

ABŞ və Fransa prezidentləri Cozef Baydenlə Emmanuel Makron arasında keçiriləcək görüşün vaxtı və yeri məlum olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ və Fransa prezidentləri arasında telefon danışığından sonra Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, görüş bu ilin oktyabrında Romada baş tutacaq.
İtaliyada danışıqlar zamanı Makron və Bayden ABŞ-Fransa əməkdaşlığını gücləndirmək niyyətindədir.
Qeyd edək ki, Fransa ilə ABŞ arasındakı münasibətlərdə soyuqluq AUKUS İttifaqının yaranmasından sonra yaranıb. AUKUS İttifaqı bu ilin sentyabrın 15-də Avstraliya, Böyük Britaniya və ABŞ arasında imzalanan müqavilə əsasında yaradılıb. Müqavilənin ardınca Avstraliya Paris ilə sualtı gəmilərin tədarükünə dair 66 milyard dollarlıq müqaviləyə xitam verib. Bu hadisə diplomatik qalmaqala səbəb olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button