İdman

ABŞ üzgüçüsü 7-ci dəfə Olimpiadada qızıl medala sahib olub

ABŞ üzgüçüsü Keti Ledeki nadir təsadüf olunan nailiyyətə imza atıb.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında 800 m məsafəyə sərbəst üsulla üzməkdə çempionluq yaşayıb.
O, 7-ci dəfə Olimpiada qızılına sahib çıxıb. Bunların altısı fərdi, biri estafetdə əldə olunub.
Ledeki yarışın tarixində 7 və daha çox qızıl medal qazanan ikinci qadın üzgüçü olub. Rekord isə Cenni Tompsona məxsusdur. ABŞ üzgüçüsü 8 dəfə çempionluğa sevinib. Amma onun bütün uğurları estafetdə qeydə alınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button