Dünya

ABŞ Suriyada “Əl Qaida” başçılarından birini məhv edib

ABŞ-ın Hərbi Hava Qüvvələri cümə günü Suriyanın şimal-qərb hissəsinə zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.
Qeyd edilir ki, hava zərbəsi nəticəsində “Əl Qaida” terror qruplaşmasının başçılarından biri məhv edilib. Bu, Abdul Həmid Al-Matardır. O, terror təşkilatının yüksək vəzifəli şəxslərindən olub.
Məlumata görə, zərbə pilotsuz təyyarə MQ-9-un köməyi ilə endirilib. Zərbə zamanı dinc sakinlərinin həlak olması haqqında xəbər yoxdur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button