Dünya

ABŞ Senatı Səudiyyə Ərəbistanına raket satışına icazə verib

ABŞ Konqresinin Senatı 30 əleyhinə 67 lehinə səs çoxluğu ilə bir sıra senatorların Səudiyyə Ərəbistanına orta mənzilli hava-hava raketləri və dəmir yolu yaylım atəşli reaktiv raket sistemlərinin satışını qadağan edən qətnaməni rədd edib.

Bir sıra ABŞ konqresmenləri Ər-Riyadı dünyanın ən dəhşətli humanitar fəlakətlərindən biri hesab edilən Yəməndəki münaqişədə iştirakına görə tənqid edirlər.

“Səudiyyə Ərəbistanına daha çox raket ixracı bu münaqişəni qızışdırmaqdan başqa bir şey deyil”, – deyə qətnamənin müəlliflərindən biri olan senator Berni Sanders qeyd edib.

Sənəd layihəsi ABŞ istehsalı texnikanın mülki əhalinin öldürülməsi üçün istifadə olunmayacağına dair zəmanət olmadan krallığa hərbi tədarükün qadağan edilməsini təklif edirdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button