Dünya

ABŞ Senatı borc həddinin artırılması barədə qanunu qəbul edib

ABŞ Senatı xarici borc limitinin üst həddinin 2021-ci il dekabrın əvvəlinə qədər 480 milyard ABŞ dolları həcmində artırılması barədə qanunu qəbul edib.
“Report” xəbər verir ki, bu 3 dekabra qədər dövlət xərclərinin maliyyələşdirilməsi üçün yetərli olacaq.
Qanun Nümayəndələr Palatası tərəfindən təsdiqləndikdən sonra imzalanması üçün ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək.
Lakin iş qrafikinə əsasən, aşağı palata yalnız ayın ikinci yarısında işə başlayacaq. Eyni zamanda Nümayəndələr Palatasının sədri Nensi Pelosi səsvermədən əvvəl bəyan edib ki, konqresmenlər gələn həftə Vaşinqtona qayıda bilərlər.
Sənəd təsdiqləndikdən sonra ABŞ-ın xarici borcu təxminən 28,9 trilyon dollara qədər artacaq.
00:28
ABŞ Senatında Respublikaçılar və Demokratlar partiyalarının nümayəndələri xarici borc limitinin üst həddinin 2021-ci il dekabrın əvvəlinə qədər artırmaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bunu Demokratların Senatdakı lideri Çak Şumer bəyan edib.
Qanun layihəsində dövlət borcunun yuxarı həddinin 480 milyard ABŞ dolları həcmində artırılması nəzərdə tutulur.
ABŞ Maliyyə Naziri Canet Yellen bildirib ki, bu məbləğ 3 dekabra qədər dövlət xərclərinin maliyyələşdirməsi üçün lazımdır.
Qeyd edək ki, xarici borc limitinin üst həddi artırmaqla, büdcəyə əlavə vəsaitlər ayrılır. Lakin bu proses baş verməzsə, onda dövlətin öhdəlikləri üzrə ödənişlər üçün Maliyyə Nazirliyin heç bir qanuni əsası olmur və ödənişlər dondurulur. Nəticədə nazirliyin və ya xəzinənin pulları bitmiş hesab olunur.
Çünki onları xərcləmək üçün qanuni əsas olmur və xərclənmə istiqamətləri, həcmləri müəyyən edilmədiyinə görə faktiki olaraq büdcə böhranı yaranır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button