İdman

ABŞ şahmatçısı: “Şəhriyar Məmmədyarovla görüşdə bəxtim gətirdi”

“Məmmədyarovla ilk görüş asan keçmədi və deyə bilərəm ki, bir qədər bəxtim gətirdi”.

“Report”un məlumatına görə, bunu ABŞ şahmatçısı Hikaru Nakamura Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsinin yarımfinalında Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovu mübarizədən kənarlaşdırması barədə danışarkən deyib.

35 yaşlı qrossmeyster heç-heçə etdikləri birinci partiyanın olduqca mürəkkəb keçdiyini bildirib: “Məncə, rəqibin bu qarşılaşmada qalib gəlmək şansları çox idi, sadəcə, vaxtı çatmadı”.

Nakamuranın sözlərinə görə, tay-breyk görüşündə müdafiə xəttini düzgün quraraq, Məmmədyarova qalib gəlib.

Qeyd edək ki, Hikaru Nakamura finalda həmyerlisi Uesli So ilə qarşılaşacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button