Dünya

ABŞ sərhədçiləri Texasda Meksikanın 14 hərbçisini saxlayıb

Amerika sərhədçiləri Birləşmiş Ştatlarla sərhədin qanunsuz keçdiyinə görə Meksikanın 14 hərbi qulluqçusunu saxlayıblar.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
ABŞ-ın Gömrük və Sərhəd Nəzarəti Xidmətindən (Customs and Border Protection, CBP – red) agentliyə bildirilib ki, hadisə sentyabrın 25-də gecəyarı El-Paso (Texas ştatı-red) ərazisində olub. Meksikanın iki hərbi maşını sərhədi keçib və ABŞ-ın ərazisinə girib. ABŞ-ın sərhəd xidmətinin əməkdaşları avtomobillərdəki hərbi qulluqçuları bir neçə saat saxlayıb. Meksika hərbçilərinin sözlərinə görə, onlar sərhədi təsadüfən keçiblər və ABŞ ərazisində olduqlarını bilməyiblər.
Saxlanılanların hamısı, silahları və avtomobilləri bir neçə saat sonra Meksikaya qaytarılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button