Dünya

ABŞ rəhbəri Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşəcək

ABŞ prezidenti Cozef Bayden bazar ertəsi – 20 sentyabrda Nyu-Yorkda BMT-nin baş katibi Antoniu Quterreşlə görüşəcək.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, sentyabrın 20-də dövlət başçısı istirahət etdiyi Delaver ştatından Vaşinqtona qayıdacaq. “O, bundan sonra Nyu-Yorka BMT Baş Assambleyasının 76-cı sessiyasına yola düşəcək. Axşam prezident BMT baş katibi Antoniu Quterrişlə görüşəcək”, – xəbərdə qeyd edilir.
Bayden sentyabrın 21-də səhər BMT Baş Assambleyasında çıxış edəcək, sonra Ağ Evə qayıdacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button